RU

Masallıda keçirilən Novruz bayramından FOTOLAR

Azertag saytına istinadən ain.az xəbər verir.

Masallı, 17 mart, AZƏRTAC

Masallı rayonunda xalqımızın qədim və zəngin milli-mənəvi dəyərlərini özündə əks etdirən Novruz bayramı münasibətilə ümumrayon tədbiri təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram şənliyi çərçivəsində Novruzun əsas atributları – səməni, bayram tonqalı, milli bəzəklər, eləcə də xalq sənətkarlığı nümunələri nümayiş etdirilib. Qonaqlar üçün milli mətbəxin müxtəlif təamları təqdim olunub, qədim adət-ənənələri əks etdirən sərgilər təşkil olunub.

Lənkəran Dövlət Dram Teatrının aktyor heyəti tərəfindən hazırlanan səhnəciklər və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin təqdim etdiyi konsert proqramı bayram şənliyinə xüsusi rəng qatıb. Proqram çərçivəsində milli musiqilər səsləndirilib, xalq rəqsləri ifa olunub. Novruzun rəmzləri olan Bahar qızı, Kosa və Keçəl obrazlarının iştirakı ilə təqdim edilən səhnəciklər bayram ab-havasını daha da artırıb.

Şənliyin sonunda el ağsaqqalı Dədə Qorqud tərəfindən xeyir-dua verilib. Sonra bayram tonqalını yandırılıb.

Müxbir - İlkin Adıyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
37
azertag.az

1Источники