RU

Daşkəsəndə də Novruz bayramı qeyd olunub FOTOLAR

Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Martın 17-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev meydanında keçirilən Novruz bayramı tədbirində RİH-nin başçısı, YAP rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, qazilər, sakinlər, rayon ictimaiyyətinin nümayəndələri və qonaqlar iştirak ediblər.

"Unikal" xəbər verir ki, bayram tədbirinin əvvəlində Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov şəhid ailəsi üzvləri və qazilərlə birgə bayram tonqalını alovlandırıb və təbrik nitqi söyləyib. 

Sonra ululuq və ağsaqqallıq rəmzi Dədə Qorqud, saflıq simvolu Bahar qızı, Novruz bayramının əsas personajları Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar. Həmçinin xalq sənətkarlığı və milli mətbəx nümunələri sərgilənib.

Yüksək təmtəraqla keçirilən ümumrayon şənliyi el aşıqlarının və musiqiçilərin ifaları, rəqslər, idmançıların müxtəlif idman nömrələri  və rəngarəng əyləncəli proqramlarla yekunlaşıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
27
3
unikal.az

4Источники