RU

Azərbaycan fındığı bu il xaricə 21 manatdan baha satılıb

Bu ilin ilk 2 ayında Azərbaycandan 57 milyon 664 min dollar həcmində 4 min 570 ton meşə fındığı ixrac edilib.

FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, fındıq ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 29,5 milyon dollar və ya 105,3% (2,1 dəfə), miqdar ifadəsilə isə 525 ton, başqa sözlə 13% çoxdur.

Qeyd edək ki, 2025-ci ilin ilk 2 ayında Azərbaycandan 28 milyon 116 min dollar dəyərində 4 min 45 ton fındıq ixrac olunmuşdu.

Bu ilin ilk 2 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi fındığın 1 kiloqramının orta ixrac qiyməti 12,62 dollar (təxminən 21 manat 45 qəpik) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 6,95 dollar (təxminən 11 manat 82 qəpik) idi. Bu da illik müqayisədə 5,67 dollar (9 manat 63 qəpik) və ya 81,6% bahalaşma deməkdir.

Избранный
31
fed.az

1Источники