RU

Başqalarını necə cazalandırmağınız nədən qorxduğunuzu göstərir

“Başqalarında sizi narahat edən hər bir şey sizin özünüz haqqında əslində çox şey deyir”.

Ölkə.Az xəbər verir ki, bunu klinik psixoloq Fuad Əsədov deyib. O, fikirləriniz izah etmək üçün insanların qarşısındakı şəxsi necə cəzalandırdıqlarına diqqət çəkib:

“Xüsusilə də başqa insanları cəzalandıran zaman etdikləriniz sizin ən böyük qorxularınızı göstərmiş ola bilər. Əgər başqalarını cəzalandırma şəkliniz əsəb, qışqırmaq, bağırmaq ya da şiddət göstərməkdirsə, siz gücsüz qalmaqdan qorxursunuz. 

Əgər sizi narahat edən insanlardan soyuqlaşaraq səssizləşərək uzaqlaşırsınızsa, siz incidilməkdən qorxursunuz. 

Əgər kimisə cəzalandırmaq sizdə həmin insandan küsmək, danışmamaq, mesaj yazmamaq ümumiyyətlə, ortadan itmək mənasına gəlirsə, o zaman siz tərk edilməkdən və görməzdən gəlinməkdən daha çox qorxursunuz. 

Unutmayın, başqalarına qarşı olan hər bir yanaşmamız bizə özümüz haqqında böyük informasiya verir”, - deyə o əlavə edib. 

Billurə
 

Избранный
37
2
olke.az

3Источники