RU

Paytaxtın Nizami rayonunda marketdə soyğunçuluq edən iki nəfər saxlanılıb VİDEO

Bakı, 17 mart, AZƏRTAC

Paytaxtın Nizami rayonu ərazisində yerləşən mağazaların birində soyğunçuluq törədildiyi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi 24-cü polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 42 yaşlı Tərlan Abbasov və 28 yaşlı İsmayıl Dostəlizadə müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Избранный
53
23
azertag.az

10Источники