RU

Azərbaycana gətirilən elektromobillərin sayı açıqlanıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 204 ədədyalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrigətirilib.

Trend bubarədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu sayda elektromobillərin idxalının dəyəri 5,092milyon ABŞ dolları olub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsiilə 105 ədəd və ya 34%, dəyər ifadəsi ilə isə 3,3 milyon ABŞdolları və ya 2,4 dəfə azdır.

Ümumilikdə, bu ilin yanvar-fevral aylarında Azərbaycana 267,4milyon ABŞ dolları dəyərində 11 933 ədəd avtomobil idxal edilib.Avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsiilə 4 825 ədəd və ya 28,8%, dəyər ifadəsi ilə 21,5 milyon ABŞdolları, yaxud da 7,5% azalıb.

Dövr ərzində ölkəyə 46,7 milyon ABŞ dolları dəyərində 243 ədədsürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçünnəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 195,3 milyon ABŞdolları dəyərində 10 488 ədəd əsasən adam daşımaq üçün nəzərdətutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyatvasitələri idxal edilib.

Məqalədə:
Избранный
19
5
az.trend.az

7Источники