İsrail xarici işlər naziri Gideon Saar İranın yeni Ali Rəhbəri Ayətullah Müctəba Xameneiyə çağırış edib.
Leqal.info xəbər verir ki, Saar Estoniya XİN rəhbəri ilə brifinqdə Müctəba Xameneini üzə çıxmağa səsləyib.
Onun sözlərinə əsasən, xeyli müddətdir ki, İranın Ali Rəhbərinin üzünü görməyiblər:
“Qeyd edim ki, hələ də Müctəbanı görməmişik… O, gizlənməyə davam edə bilər, lakin üzünü göstərməlidir. Bu, artıq rejim üçün utancverici olmağa başlayır”.
Saar vurğulayıb ki, İsrailin hərəkətləri İranın “repressiya mexanizmini” zəiflədir.
“Onu yalnız İran xalqı devirə bilər”, - nazir vurğulayıb.
Leqal.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта