RU

“Turan Tovuz”un legioneri milliyə dəvət aldı

“Turan Tovuz” komandasının qapıçısı Oleq Baklov Tacikistan millisinə dəvət alıb.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, qolkiper 2027-ci il Asiya Kubokunun seçmə mərhələsinin son turunda Filippin yığmasına qarşı keçiriləcək görüş üçün heyətə cəlb olunub.

Tacikistan seçməsi toplanışa martın 23-də Düşənbədə başlayacaq.

A qrupunda təşkil olunacaq altıncı turun oyunu martın 31-də keçiriləcək.

Избранный
46
3
90deqiqe.az

4Источники