RU

Daşkəsəndə ümumrayon Novruz bayramı qeyd olunub

Martın 17-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev meydanında keçirilən Novruz bayramı tədbirində RİH-nin başçısı, YAP rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, qazilər, sakinlər, rayon ictimaiyyətinin nümayəndələri və qonaqlar iştirak ediblər.

Bayram tədbirinin əvvəlində Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov şəhid ailəsi üzvləri və qazilərlə birgə bayram tonqalını alovlandırıb və təbrik nitqi söyləyib.

Sonra ululuq və ağsaqqallıq rəmzi Dədə Qorqud, saflıq simvolu Bahar qızı, Novruz bayramının əsas personajları Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar. Həmçinin xalq sənətkarlığı və milli mətbəx nümunələri sərgilənib.

Yüksək təmtəraqla keçirilən ümumrayon şənliyi el aşıqlarının və musiqiçilərin ifaları, rəqslər, idmançıların müxtəlif idman nömrələri  və rəngarəng əyləncəli proqramlarla yekunlaşıb.

Избранный
34
3
yeniazerbaycan.com

4Источники