RU

“Azcargo”da sürücü işləmiş şəxslər maaşlarını ala bilmədiklərini iddia edirlərVİDEO

''İşlədiyimiz günlərin əməkhaqısını ala bilmirik''.

Bunu ''Xəzər Xəbər''ə müraciət edən sürücülər - Xaspolat Bulatov və İqbal Həsənov deyib.

Xezerxeber.az-ın məlumatına görə, bir müddət öncəyədək 188 yükdaşıma xidmətində sürücü kimi işləyən bu şəxslər iddia edirlər ki, işdən çıxsalar da maaşını ala bilmirlər.

Sürücülərin sözlərinə görə, problem bununla da bitmir. Onlar bildirirlər ki, vaxtilə idarə etdikləri avtomobillərin cərimələri də onların adına gəlir.

Məsələ ilə bağlı şirkətin mövqeyini də öyrəndik. “Azcargo” şirkətinin direktoru İsmixan Mustafayev ''Xəzər Xəbər''ə bildirdi ki, sürücülərdən Xaspolat Bulatov yükü aparmaqdan imtina edib, yolda maşını saxlayıb gedib. Ərizə yazmadığı üçün onu işdən azad edə bilmirik. İqbal Həsənov isə əmlaka zərər vurduğuna görə işdən azad olunub və həmin vaxt da onun kəsir maaşı qalmayıb. Şirkət rəhbəri onu da qeyd edib ki, sürücülərin adına yazılan cərimələrlə bağlı narahatlıqa əsas yoxdur. İstər onlar, istərsə də başqa sürücülərin işlədiyi dövrdə törədilən inzibati xətaların cərimələri şirkət tərəfindən ödənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
33
xezerxeber.az

1Источники