RU

Qulaqlıq faciəyə SƏBƏB OLDU: 18 yaşlı qız qatarın altında QALDI

Samara vilayətində dəhşətli hadisə: 18 yaşlı qız qulaqlıqla yolu keçərkən qatarın altında qalıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Samara vilayətində gənc qızın ölümü ilə nəticələnən faciəvi hadisə baş verib. 18 yaşlı Anastasiya dəmir yolu xəttini qulaqlıqla keçərkən yaxınlaşan qatarı fark etməyib və qatarın altında qalıb.

Məlumata görə, qatarın maşinisti heyəti saxlamağa çalışsa da, toqquşmanın qarşısını almaq mümkün olmayıb.

Aldığı ağır xəsarətlərdən gənc qız hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
132
interpress.az

1Источники