RU

NATO ölkələrinin köməyinə ehtiyacımız yoxdur - Tramp

Bakı. Trend:

NATO müttəfiqlərinin əksəriyyəti ABŞ-yə Yaxın Şərqdə İrana qarşıhərbi əməliyyatlara qarışmaq istəmədikləri barədə məlumatverib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞPrezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb.

O bildirib ki, hər bir ölkə ABŞ-nin etdiyi ilə qəti şəkildərazıdır və İranın heç bir şəkildə nüvə silahına sahib olmasınaicazə verilə bilməz.

“Lakin onların hərəkətləri məni təəccübləndirmir, çünki mənhəmişə eyni ölkələri qorumaq üçün ildə yüz milyardlarla dollarxərclədiyimiz NATO-nu birtərəfli “küçə” hesab etmişəm. Biz onlarıqoruyacağıq, amma onlar, xüsusən də ehtiyac duyulan bir vaxtdabizim üçün heç nə etməyəcəklər. Xoşbəxtlikdən, biz İranın ordusunuməhv etdik, onların Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri,zenit və radar sistemləri yoxa çıxıb. Ən əsası, hər səviyyədəliderləri məhv edilib ki, onlar bir daha bizi, Yaxın Şərqmüttəfiqlərimizi və ya dünyanı təhdid etməsinlər. Belə bir hərbiuğur qazandığımız üçün artıq NATO ölkələrinin və eynilə, Yaponiya,Avstraliya və ya Cənubi Koreya köməyinə ehtiyac duymuruq və yaarzulamırıq. Bizim heç kimin köməyinə ehtiyacımız yoxdur”,- deyəTramp əlavə edib.

Məqalədə:
Избранный
89
5
az.trend.az

7Источники