RU

2 ci liqada liderlər rəqiblərini darmadağın etdi

ain.az bildirir, Qol.az saytına əsaslanaraq.

2-ci liqada liderlər rəqiblərini darmadağın etdi

Bu gün Azərbaycan 2-ci liqasında 18-ci tura yekun vurulub.

QOL.az xəbər verir ki, 2-ci oyun günündə 4 matç keçirilib.

Lider "Xankəndi" "Ağdaş"ı qəbul edib. Meydan sahibləri rəqib qapısından 5 cavabsız qol keçirərək qələbə qazanıb.

2-ci pillədə yer alan "Qaradağ Lökbatan" "Göygöl"ü 7 cavabsız qolla məğlubiyyətə uğradıb. Günün digər qarşılaşmalarında "Şəmkir" "Araz-Saatlı"ya, "Dinamo" isə "Quba"ya minimal hesabla qalib gəlib.

17 mart (çərşənbə axşamı)

14:00. “Xankəndi” – “Ağdaş” - 5:0

Qollar: Elvin Nəsibov, 1, 78; Müşfiq Teymurov, 22; Bəhruz Teymurov, 43; Tural Qurbatov, 49

Hakimlər: Şamil İmanzadə, Tural Bayramov, Sadiq Əliyev, Pərviz İbrahimov

Palms Sports Futbol Mərkəzi (IV meydança)

15:00. “Şəmkir” – “Araz Saatlı” - 1:0

Qol: Tural Məmmədzadə, 67-pen.

Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev

Şəmkir OİK stadionu

15:00. “Qaradağ Lökbatan” – “Göygöl” - 7:0

Qollar: Nicat Əskərov, 19; Tofiq Nəsibov, 24, 58-pen; 90-pen; Ayaz Mikayılov, 48; Sabir Allahquliyev, 55; Emil Quluzadə, 85

Hakimlər: Nazim Abdullayev, Gülnurə Əkbərzadə, Sevda Nuriyeva, Rəsul Babayev

Lökbatan OİK stadionu

15:00. “Quba” – “Dinamo” - 0:1

Qol: Yadigar Qarayev, 86

Hakimlər: Niyaz Əhmədov, Zakir Şükürzadə, Məmmədəli Kərimov, Ceyhun Hüseynov

Quba OİK stadionu

16 mart (bazar ertəsi)

“Şəki Siti” – “Kür-Araz” - 4:3

“Ağstafa Gəncləri” – “Şirvan” - 1:2

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
30
1
qol.az

2Источники