RU

Kusura bakma nın ifaçısı həbs edilə bilər

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyənin tanınmış simalarından olan və Blok3 ləqəbi ilə tanınan Hakan Aydın və prodüseri Maruf Yöntürk həbs oluna bilər. Menecer Ferhat Karagözün şikayəti əsasında başlayan araşdırma nəticəsində hazırlanan ittihamnamədə hər iki şəxs üçün 25 ilə qədər cəza istənilib.Demokrat.az-ın məlumatına görə hadisə İstanbulun Kağıthane rayonunda baş verib. Zərərçəkmiş şəxs ifadəsində bildirib ki, Maruf Yöntürkün dəvəti ilə həmin ünvana gedib və orada mübahisə yaranıb. İddiaya görə prodüser ona yumruq vurub və bilyard taxtası ilə hücum edib. Menecer həmçinin ölümlə hədələndiyini və başına silah dayayaraq ondan 850 min lirə pul tələb olunduğunu qeyd edib.Hadisənin davamında repçi Blok3 də məkana gələrək mübahisəyə qoşulub. Şikayətçi Hakan Aydının da ona fiziki zorakılıq tətbiq etdiyini və yumruq vurduğunu iddia edib.Prokurorluğun hazırladığı sənəddə şəxslərə qarşı azadlıqdan məhrum etmə, silahlı soyğunçuluğa cəhd, hədə-qorxu və qəsdən yaralama kimi maddələrlə ittiham irəli sürülüb. Jurnalist Emrullah Erdinç tərəfindən paylaşılan məlumatlara görə onların 12 il 4 aydan 25 ilə qədər həbsi tələb olunur.Məhkəmə prosesinin gedişatı maraqla gözlənilir.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
48
demokrat.az

1Источники