RU

Azərbaycanın yanvar ayı üzrə xarici ticarət məlumatları açıqlanıb

Bakı. Trend:

2026-cı ilin yanvar ayında Azərbaycanın hüquqi və fizikişəxsləri dünyanın 128 ölkəsi ilə ticarət əməliyyatları həyatakeçirib, məhsullarını 81 ölkəyə ixrac edib və 122 ölkədən məhsulidxal edib.

Trend bu barədəAzərbaycan Dövlət Statistika Komitəsinə istinadən məlumatverir.

Ay ərzində xarici ticarət dövriyyəsi 3,092 milyard ABŞ dolları,ticarət balansının müsbət saldosu isə 487,7 milyon dollar təşkiledib.

2025-ci ilin yanvarı ilə müqayisədə buğda idxalı 49,9%, bitkiyağları 9,0%, avtobuslar 2,7 dəfə, qara metallardan borular 33,7%,polietilen isə 72,5% artıb. Eyni zamanda təzə meyvələrin idxalı3,6%, kərə yağı, digər süd yağları və pastaların idxalı 26,7%,dərman vasitələrinin idxalı 44,5%, poladdan rulonların idxalı15,4%, hesablama maşınları, bloklar və qurğuların idxalı isə 22,2%azalıb.

2026-cı ilin yanvar ayında qeyri-xammal məhsulların ixracınındəyəri ( ümumi ixracdakı payı 15,0% təşkil edib) 268,4 milyon ABŞdolları olub ki, bu faktiki qiymətlər üzrə 2025-ci ilin yanvarı iləmüqayisədə 9,1% çox, real ifadədə isə 20,7% azdır.

Избранный
48
az.trend.az

1Источники