Bakı. Trend:
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət KomitəsininABŞ-də səfərdə olan əməkdaşları Bostonda bir qrup azərbaycanlıtələbə və gənclərlə görüşüb.
Trend xəbərverir ki, Görüş Harvard Universitetində yeni fəaliyyətə başlayanAzərbaycanlı Tələbə Cəmiyyətinin (“Harvard UndergraduateAzerbaijani Society-HUAS”) təşkilatçılığı ilə eyniadlıuniversitetdə baş tutub.
Tədbirdə ABŞ-nin aparıcı ali təhsil müəssisələri olanMassaçusets Texnologiya İnstitutu (Massachusetts Institute ofTechnology), Boston (Boston University), Şimal-Qərb (NorthwesternUniversity) və Saffolk (Suffolk University) universitetlərinintələbələri də iştirak ediblər.
Görüşdə gənclərə komitənin həyata keçirdiyi layihələr, xaricdəyaşayan soydaşlarımızla qurulan əlaqələr və diaspor fəaliyyətinininkişaf perspektivləri barədə məlumat verilib. Diaspor GənclərininYay Düşərgələrinin, gənclər forumlarının, “Diaspor Gəncləri 1+1”proqramının gənclərin bir araya gəlməsini, fikir mübadiləsiaparmasını təmin edən mühüm bir platforma olduğu diqqətəçatdırılıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasovabildirib ki, harada yaşamasından asılı olmayaraq hər bir soydaşımızüçün Azərbaycan müqəddəs torpaqdır. Azərbaycançılıq ideologiyasıbirləşdirici amal, dövlətimiz isə dayaq yeridir. Bu bağlarqırılmazdır və hər bir azərbaycanlı məskunlaşdığı ölkəyə nə qədəryaxşı inteqrasiya etsə də, öz milli kimliyini qorumalı vəassimilyasiyaya olmamalıdır. O həmçinin gənclərə dərslərindəuğurlar arzulayıb.
Tələbələr təhsil aldıqları universitetlərin ictimai və akademikfəaliyyətləri, diaspor mühitində qazandıqları təcrübələr və yenitəşəbbüslər barədə danışıblar. Qeyd olunub ki, ABŞuniversitetlərində fəaliyyət göstərən Azərbaycanlı TələbəTəşkilatları gənclər arasında əməkdaşlığı gücləndirir və ölkəmizinzəngin tarixi, mədəni və multikultural dəyərlərinin beynəlxalqaləmdə tanıdılmasına mühüm töhfə verir.
Harvard Universitetinin Azərbaycanlı Tələbə Təşkilatının rəhbəriQəndab Məmmədova Massaçusets ştatında təhsil alan və məzun olanbütün gəncləri birgə fəaliyyətə dəvət edib.
Massaçusets Texnologiya İnstitutunun tələbələri burada 9azərbaycanlının təhsil aldığını qeyd edərək, bu görüşün ABŞ-dəkisoydaşlarımız arasında əlaqələrin genişlənməsi baxımından mühüməhəmiyyət daşıdığını vurğulayıblar.
Boston Universitetində tibb üzrə rezidentura pilləsinin tələbəsiFiruzə və Nihad Hüseynovlar öz ixtisasları, tibbi sığortaməsələləri üzrə gənclərə tövsiyələr verməyə hazır olduqlarınıbildiriblər. Universitetdə 15 azərbaycanlı tələbənin olduğu vəburada Azərbaycanlı Tələbələr Təşkilatının yaradılmasınınplanlaşdırıldığı da diqqətə çatdırılıb.
Tədbir gənclərə təcrübə mübadiləsi aparmaq, gələcək layihələrdəəməkdaşlıq imkanlarını müzakirə etmək fürsəti yaradıb. Həmçiningənclər diaspor fəaliyyətinin daha səmərəli təşkili və əlaqələringücləndirilməsi yolları barədə fikirlərini səsləndiriblər.