RU

Azərbaycanın yanvar-fevral aylarında elektrik enerjisi ixracından əldə etdiyi gəlirlər məlum olub

Bakı. Trend:

Cari ilin yanvar–fevral aylarında Azərbaycan 72,208 milyonkilovat-saat elektrik enerjisi ixrac edib.

Trend DövlətGömrük Komitəsinə istinadən xəbər verir ki, elektrik enerjisininixracından əldə olunan gəlir 3,923 milyon ABŞ dolları təşkiledib.

Ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisi ixracıhəcm baxımından 224 milyon kilovat-saat və ya 4 dəfə, dəyərifadəsində isə 12,453 milyon ABŞ dolları və ya 4,2 dəfə azalıb.

Hesabat dövründə elektrik enerjisi ixracının qeyri-neftsektorundakı payı 0,11% təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xariciölkələrlə ticarət əməliyyatlarını 6,264 milyard ABŞ dollarıməbləğində həyata keçirib. Bu göstərici keçən ilin eyni dövrü iləmüqayisədə 2,64 milyard dollar və ya 29,6% azdır.

Xarici ticarətin ümumi həcmindən 3,665 milyard dolları ixrac,2,599 milyard dolları isə idxal təşkil edib. Son bir il ərzindəixrac 1,102 milyard dollar və ya 23% azalıb, idxal isə 1,539milyard dollar və ya 37,2% azalıb.

Nəticədə, xarici ticarət 933,6 milyon dollar müsbət saldo iləyekunlaşıb ki, bu da ötən illə müqayisədə 52,4 milyon dollar və ya5,3% azdır.

Məqalədə:
Избранный
27
az.trend.az

1Источники