Türkiyədə gənc reper Blok3 və onun prodüseri Maruf Yöntürk ətrafında qalmaqallı hadisə baş verib.
"Yeni Sabah" xəbər verir ki, türk mediasında yayılan məlumatlara görə, hər iki şəxs barəsində “silahlı təhdid” və “qəsdən xəsarət yetirmə” maddələri ilə cinayət işi açılıb. İddialara əsasən, baş verən hadisə hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib və məsələ ilə bağlı geniş araşdırmalara start verilib.
Bildirilib ki, prokurorluq tərəfindən onların 12 il 4 aydan 25 ilə qədər azadlıqdan məhrum edilməsi tələb olunur. Lakin hazırda bu, yalnız istintaq çərçivəsində irəli sürülən tələbdir və yekun qərar məhkəmə tərəfindən veriləcək.
Qeyd edək ki, cəmi 23 yaşı olan Blok3 son dövrlər Türkiyə rep səhnəsində sürətlə populyarlaşan gənc ifaçılardan biri hesab olunur.
Hazırda iş üzrə istintaq davam edir. Rəsmi məhkəmə qərarı isə hələ açıqlanmayıb.
Əsmətxanım
Telegram kanalımız