RU

İran FİFA dan 2026 cı il Dünya Kuboku oyunlarının ABŞ dan Meksikaya keçirilməsini istədi

ain.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.

İran Futbol Federasiyası Yaxın Şərqdəki münaqişəni əsas gətirərək, milli komandanın 2026-cı il Dünya Kubokundakı oyunlarını ABŞ-dən Meksikaya keçirmək üçün FIFA ilə danışıqlar aparır.

Yeniavaz.com xəbər verir ki, bu barədə AFP xəbər agentliyi Meksikadakı İran səfirliyinə istinadən məlumat yayıb.

“ABŞ Prezidenti Donald Tramp İran milli komandasının təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini açıq şəkildə bildirəndə, əlbəttə ki, Amerikaya getməyəcəyik. Hazırda FIFA ilə İran milli komandasının Dünya Kubokundakı oyunlarını Meksikada keçirmək barədə danışıqlar aparırıq”, - açıqlamada bildirib.

Ötən həftə Tramp qeyd edib ki, İran komandası öz həyatları və təhlükəsizliyi naminə turnirə getməməlidir. Dünya Kubokunun final oyunları 2026-cı ilin iyun-iyul aylarına planlaşdırılıb və ABŞ-nin 11 şəhərində, Meksikanın üç şəhərində və Kanadanın iki şəhərində keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
3
1
yeniavaz.com

2Источники