RU

BMT dən xəbərdarlıq: İrandakı müharibə uzanarsa...

Ayna saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

...Daha 45 milyon insan aclığa düçar olacaq

Yaxın Şərqdəki münaqişə iyun ayına qədər uzanarsa, dünyada aclıqdan əziyyət çəkən insanların sayı 45 milyon artaraq tarixi rekorda çata bilər. AYNA.AZ xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktorunun müavini Karl Skau Cenevrədə keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, əgər Yaxın Şərqdəki münaqişə iyun ayına qədər davam edərsə, qiymətlərin artması daha 45 milyon insanı kəskin aclığa sürükləyə bilər:  “Bu, dünyada aclığının rekord səviyyələrə çatmasına səbəb olacaq dəhşətli bir perspektivdir”.

Skau vhəmçinin qeyd edib ki, hazırda dünya üzrə 319 milyon insan kəskin qida çatışmazlığından əziyyət çəkir və iyun ayınadək bu rəqəm 360 milyonu keçə bilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
80
2
ayna.az

2Источники