Türkiyənin "Fənərbağça" klubu yeni mövsüm üçün transfer çalışmalarını sürətləndirib və hədəfə Fransa Liqa 1-in ulduzlarından birini götürüb.
Fanat.Az xəbər verir ki, "sarı-lacivərdlilər" "Monako"nun orta sahə oyunçusu Lamin Kamaranı heyətinə qatmaq üçün rəsmi addımlar atmağa hazırlaşır.
Fransa mətbuatının yaydığı məlumatlara görə, 22 yaşlı seneqallı yarımmüdafiəçi üçün Türkiyə təmsilçisi ilə yanaşı, "Liverpul" və "Atletiko Madrid" kimi klublar da dövrədədir.
"Monako"nun gənc istedad üçün təxminən 30 milyon avro bonservis haqqı tələb etdiyi vurğulanır.