RU

Bayramovdan Arakçıya: ABŞ və İsrailin İrana hücumu...

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

İran və Azərbaycanın xarici işlər nazirləri arasında telefon danışığı olub.

Axar.az xəbər verir ki, bu barədə "Khabar Fouri" məlumat yayıb.

Bildirilib ki, Abbas Arakçı ilə Ceyhun Bayramov bölgədəki son hadisələr və ikitərəfli münasibətləri müzakirə ediblər.

Arakçı bildirib ki, ABŞ və İsrailin hücumları beynəlxalq hüquqa ziddir.

"İranın müdafiə tədbirləri yalnız təcavüzkarlara, eləcə də hücum üçün istifadə olunan baza və obyektlərə yönəlib",- Arakçı qeyd edib.

Söhbət zamanı bəzi ikitərəfli məsələlər ətrafında da müzakirə aparılıb və mövcud şəraitdə istənilən anlaşılmazlığın aradan qaldırılması üçün iki ölkə arasında sıx məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
54
axar.az

1Источники