İngiltərə çempionatında fevral ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, bu nominasiyanın qalibi “Mançester Siti”ni çalışdıran Xosep Qvardiola olub. Onun komandası fevralda premyer-liqada keçirdiyi 5 oyunda 4 qələbə qazanıb, 1 dəfə heç-heçə edib. İspaniyalı mütəxəssis fərdi mükafatı 2021-ci ilin dekabrından sonra ilk, ümumilikdə isə 12-ci dəfə qazanıb.
Qvardiola “Everton”u çalışdıran Devid Moyesi (11 dəfə) üstələyib.
Yeri gəlmişkən, “Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Ferqyuson bu göstəricidə 27 müafatla 1-ci yerdədi. “Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger isə 15 dəfə ayın ən yaxşı çalışdırıcısı olmaqla 2-ci yeri tutur.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта