RU

Prezidentin gəlini Buxara karvansarasının açılışında

İçərişəhərdə XV əsrə aid ölkə əhəmiyyətli abidə - Buxara karvansarasının əsaslı bərpa və konservasiya işlərindən sonra təntənəli açılışı və burada fəaliyyət göstərəcək "BuxarArt" sənət məkanının təqdimatı keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Alena Əliyeva, mədəniyyət nazirinin müavini Səadət Yusifova, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, digər şəxslər, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qədim ticarət magistralı üzərində ucaldılan və Mərkəzi asiyalı tacirlərin sığınacağına çevrilən bu möhtəşəm tikili Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən həyata keçirilən genişmiqyaslı layihə çərçivəsində hazırda öz əvvəlki əzəmətinə qovuşub. Bərpa prosesi abidənin həm memarlıq, həm də mühəndislik xüsusiyyətlərinin qorunması prinsipi ilə aparılıb.

Tədbirdə çıxış edən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud bildirib ki, həyata keçirilən bərpa işləri tarixi irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, yeni yaradılan "BuxarArt" sənət məkanı İçərişəhərin mədəni həyatına töhfə verəcək.

Bərpaçı Erich Pumer çıxışında Buxara karvansarasının əsaslı təmiri və möhkəmləndirilməsi prosesinin böyük həssaslıqla həyata keçirildiyini deyib: "Görülən işlər zamanı abidənin orijinal memarlıq üslubunun və tarixi xüsusiyyətlərinin qorunması əsas prioritet olub. Eyni zamanda, tikilinin uzunömürlü olması üçün müasir mühəndislik həlləri də tətbiq edilib".

Избранный
70
21
publika.az

3Источники