RU

Ermənilər niyə Aya uçmurlar?

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın Aya uçmaq planının olmadığını deyib. 

"Unikal" xəbər verir ki, Paşinyanın sözlərinə görə, Amerika Apollon missiyasının başlanması üçün 400 mindən çox alimin işi tələb olunurdu və əgər həmin ölkədə cəmi 250 min mütəxəssis olsaydı, proqram sadəcə mümkün olmazdı.

Erməni hökumət başçısı vurğulayıb ki, "Əlbəttə ki, min illik tariximizdə heç vaxt Aya uçmağı planlaşdırmamışıq və təəssüf ki, bu gün də planlaşdırmırıq və bunun yalnız bir səbəbi var: həmin 400 min alim və mütəxəssisin olmaması".

O, həmçinin erməni atalar sözünü də misal gətirib: "Tülkü üzümə çatmır, deyir ki, yetişməyib".

"Aya uçmaq bizim üçün bir xəyaldır, bu, həqiqətən də bir xəyaldır, çünki yaz yeni başlayıb və üzümün yetişməsinə hələ çox vaxt var", - deyə Paşinyan bildirib.

Избранный
116
11
unikal.az

10Источники