RU

İran prezidentindən QİSAS vədi: Laricaninin qanı yerdə qalmayacaq

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İran Prezidenti Məsud Pezeşkian Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qətlə yetirilməsinə görə cavabdeh tərəflərdən amansız qisas alınacağını bəyan edib.

Oxu.Az xəbər verir ki, bu barədə İranın Prezident Administrasiyası məlumat yayıb.

* İran Laricaninin ölümünü təsdiqlədi

"Əli Laricaninin ölümü son dərəcə kədərli hadisədir. İranın məsum, lakin fədakar müdafiəçilərinin qanına bulaşan hər kəsdən amansız qisas alacağıq. Onun qanı yerdə qalmayacaq", - deyə Pezeşkian bildirib.

Qeyd edək ki, Əli Laricaninin ötən gecə İsrailin endirdiyi hava zərbələri nəticəsində öldürüldüyü açıqlanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
64
4
oxu.az

7Источники