ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
"The Beatles" qrupunun əfsanəvi üzvü Con Lennona məxsus piano Nyu-Yorkda keçirilən "Christie's" hərracında təxminən 3.3 milyon dollara satılıb.
Oxu.Az "Sky News"a istinadən xəbər verir ki, bu musiqi aləti hərracda satılan və "The Beatles" qrupuna aid olan ən bahalı əşya kimi rekord qırıb.
Hərracda pianodan əlavə, amerikalı milyarder Cim İrseyin kolleksiyasından qrupa aid digər əşyalar da təqdim olunub. Satılanlar arasında qrupun barabançısı Rinqo Starrın istifadə etdiyi "Ludwig" baraban dəsti də yer alıb.
"Rolling Stone" jurnalının versiyasına görə, "The Beatles" bütün dövrlərin ən böyük sənətçiləri siyahısında birinci yerdədir. Liverpullu dördlük dünya miqyasında 600 milyondan çox albom satışı ilə musiqi tarixinə düşüb.
Qeyd edək ki, qrup 1960-1970-ci illərdə fəaliyyət göstərib, daha sonra dağılaraq hər bir üzvü solo karyerasına başlayıb. Hazırda qrupun üzvlərindən yalnız Pol Makkartni (83 yaş) və Rinqo Starr (85 yaş) sağdır. Con Lennon 1980-ci ildə Nyu-Yorkda bir pərəstişkarı tərəfindən güllələnib, Corc Harrison isə 2001-ci ildə xərçəng xəstəliyindən vəfat edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.