RU

Dubay İran dronları tərəfindən vuruldu

İranın pilotsuz uçuş aparatları (PUA) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə hücum edib.

Publika.az xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Hadisə şahidlərinin çəkdiyi videoda şəhər üzərindəki qaranlıq səmada çoxsaylı dronlar görünür. Hava hücumundan müdafiə (HHM) qüvvələri tərəfindən buraxılan zenit idarəolunan raketləri onlara doğru uçur. Pilotsuz aparatların bir hissəsi raketlərlə vurulur, bundan sonra bərk partlayış səsləri eşidilir.

Martın 17-də "Reuters" agentliyi mənbələrə istinadən məlumat verib ki, Fars körfəzi ölkələri Amerika Birləşmiş Ştatlarını İranı "həmişəlik neytrallaşdırmağa" çağırıb.

Избранный
69
50
publika.az

10Источники