RU

İraq neftin Ceyhan limanı vasitəsilə ixracının bərpasını elan edib

BAKI, 18 mart. TELEQRAF

İraq hökuməti və Kürdüstan regional administrasiyası Türkiyənin Ceyhan limanı vasitəsilə neft ixracının bərpası barədə razılığa gəlib.

Teleqraf xəbər verir ki, bu barədə İraqın neft naziri Həyyan Əbdül-Qani məlumat verib. Bildirilib ki, tərəflər ixracın yenidən başlanması üçün birgə komitə yaradacaq.

Məlumata görə, razılaşmaya əsasən, regional boru kəməri vasitəsilə neft ixracına çərşənbə günündən başlanması planlaşdırılır və əldə olunan gəlirlər federal büdcəyə yönəldiləcək.

Bundan əlavə, tərəflər neft yataqlarının qorunması və ixrac əməliyyatlarının fasiləsizliyinin təmin edilməsi üçün zəruri təhlükəsizlik tədbirlərinin görülməsi barədə də razılığa gəliblər.

Qeyd edək ki, İraq martın 3-də Kərkük-Ceyhan neft kəməri ilə ixracı dayandırmışdı.

Избранный
81
2
teleqraf.com

3Источники