
İsrailin Baş naziri Benyamin Netanyahu Təl-Əvivdəki Kirya hərbi mərkəzində mühüm təhlükəsizlik toplantısı keçirib.
İsrail Baş nazirinin ofisindən verilən məlumata görə, müdafiə naziri İsrael Katz, Baş Qərargah rəisi Eyal Zamir və "Mossad" rəhbəri David Barneanın iştirak etdiyi görüşdə İranın yüksək rütbəli rəsmilərinə qarşı əməliyyatların gedişatı müzakirə olunub.
Netanyahu çıxışında hava zərbələrinin davam etdiyini vurğulayaraq, İranın idarəçi elitasının hədəf alındığını bildirib. Baş nazir qarşıdan gələn Novruz bayramı ərəfəsində İran xalqına da müraciət edib. O, əhalini bayram şənlikləri üçün küçələrə çıxmağa çağıraraq, İsrailin "yuxarıdan" təhlükəsizliyi izləyəcəyini və insanları qoruyacağını bildirib.