RU

Gürcüstan Patriarxı II İlya vəfat etdi

Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlya 93 yaşında Tbilisidə vəfat edib.

Bu haqda Gürcüstanın “Birinci Kanalı” məlumat yayıb.

Bildirilir ki, o, martın 17-nə keçən gecə mədə qanaması ilə xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, II İlya 1933-cü ildə anadan olub. Patriarx 1977-ci ildən Gürcü Pravoslav Kilsəsinə rəhbərlik edib. Onun rəhbərliyi ilə ölkədə yeparxiyaların sayı 42-yə, fəaliyyət göstərən kilsələrin sayı isə 48-dən təxminən 1000-ə yüksəlib. Həmçinin II İlya dövründə Tiflisdə Gürcüstanın ən böyük kilsəsi olan Müqəddəs Üçlük Patriarxal Katedrali tikilib.

"Cebheinfo.az" 

Избранный
87
cebheinfo.az

1Источники