RU

Alvaro Arbeloa Real da heç bir baş məşqçinin bacarmadığını etdi

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Real"ın baş məşqçisi Alvaro Arbeloa Madrid klubunun indiyə qədər heç bir məşqçisinin əldə edə bilmədiyi rekorda imza atıb. Sport24.az "Opta Sport"-a istinadən xəbər verir ki, Arbeloa "Kral klubu"nun Çempionlar Liqasının pley-off mərhələsində ilk dörd oyununun hamısında qalib gələn məşqçisi kimi tarixə düşüb. 

İspaniya nəhəngi Çempionlar Liqasının pley-off mərhələsində hər iki oyunda "Benfika"nı məğlub edib (1-0, 2-1), 1/8-də isə Arbeloanın yetirmələri "Mançester Siti"ni (3-0, 2-1) məyus ediblər.

Qeyd edək ki, 1/4 finalda "Real" "Bavariya" və ya "Atalanta" ilə qarşılaşacaq. Komandalar arasında ilk oyun almanların qələbəsi (6:1) ilə yekunlaşıb.  

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
50
sport24.az

1Источники