RU

Tramp qeyri adi təklif alıb

ain.az bildirir, Reyting.az portalına istinadən.

ABŞ prezidenti Donald Tramp Avropa İttifaqına Hörmüz boğazını qorumaq üçün hərbi gəmilər göndərmək çağırışından sonra qeyri-adi təklif alıb.

Reyting.az xəbər verir ki, bu təklifi Böyük Britaniyanın Özbəkistandakı keçmiş səfiri, tarixçi və publisist Kreyq Mürrey özünün “X” sosial media platformasında səsləndirib. Təklif ABŞ prezidentinin ölkənin ən böyük təyyarədaşıyan gəmisi olan “Cerald R.Ford”-u bölgəyə göndərməklə problemi özünün həll etməsi ilə bağlıdır.

“Niyə Birləşmiş Ştatlar “Gerald R.Ford” gəmisini dünyaya göstərmək üçün Hörmüz boğazından keçirərək, onu açmaq istəmir? Onu İsrailin bir neçə hərbi dəniz gəmisinin müşayiəti ilə bölgəyə göndərin”,- Murrey yazıb.

V. QULİYEV

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
79
reyting.az

1Источники