RU

İraqdan mühüm qərar: neft ixracı bərpa olunur

İraqın neft naziri Hayyan Əbdül-Qani bildirib ki, rəsmi Bağdad və Kürdüstan Regional Administrasiyası Türkiyənin Ceyhan limanı vasitəsilə neft ixracının bərpası barədə razılığa gəliblər.

Doğru.az xəbər verir ki, Reutersin yaydığı məlumata görə, Kürdüstan Regional hökuməti razılaşmanı təsdiqləyib. Bildirilib ki, tərəflər çərşənbə günündən etibarən regional boru kəməri vasitəsilə ixracın bərpasına hazırlıq üçün birgə komitə yaradacaq və əldə olunan gəlirlər federal xəzinəyə yönləndiriləcək.

Məlumata əsasən, tərəflər eyni zamanda neft yataqlarının qorunması və ixrac prosesinin davamlılığını təmin etmək üçün zəruri təhlükəsizlik tədbirlərinin görülməsi barədə də razılığa gəliblər.

Qeyd edək ki, martın 3-də Kərkük-Ceyhan boru kəməri vasitəsilə neft ixracı dayandırılmışdı.

DOĞRU.AZ

Избранный
50
1
dogru.az

2Источники