GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Kurtlar Vadisi” serialında Mehmet Karahanlı obrazı ilə tanınaraq geniş populyarlıq qazanan Zafer Ergin, təxminən 20 il əvvəl mətbuata verdiyi açıqlamaya görə yenidən tənqid hədəfinə çevrilib.
Globalinfo.az xəbər verir ki, serialın fanatları (“Vadi”sevərlər) onun bu fikirlərini sosial şəbəkədə sərt tənqid ediblər. Bəzi izləyicilər isə bildiriblər ki, bu açıqlama aktyorun məşhurlaşmasına səbəb olan “Kurtlar Vadisi”nə qarşı dönüklüyüdür.
Serialın fanatları aktyorun serialda səsləndirdiyi məşhur replikaları bu gün şərhlərdə onun əleyhinə istifadə edirlər:
“Xəyanət səni Baron edənləri yox saymaqdır.”
“Əgər “Kurtlar Vadisi” olmasaydı, səni kim tanıyacaqdı?”
“Baron Mehmet Karahanlı olmasaydın, adi bir aktyor olardın. Populyar olmusan, bunu “Kurtlar Vadisi”nə və onun prodüserlərinə borclusan.”
“Səni Baron edən kimdir? Əvvəl onu de! Səni kim tanıyırdı? Sən fermada atlara qulluq edərkən, biz insanlara “qulluq edirdik”. “Xəyanət — səni baron edənləri yox saymaqdır.”
“Keçən dəfə açıqlama vermişdin ki, bizim şan-şöhrətimiz mafiya seriallarındakı kimi sayılmır, onlar qədər dəyərimiz yoxdur.”
“Türkiyənin qaranlıq üzünü göstərdiyi üçünmü hamısı bir-bir ortaya çıxır?” və s.
Qeyd edək ki, Zafer Ergin “Tempo” jurnalına verdiyi açıqlamada belə deyib:
“”Kurtlar Vadisi” artıq cəmiyyətə zərər verir. Serialın yaradıcılarının dini təriqətlərlə əlaqələrinin olduğu iddia edildi və bu, təkzib olunmadı. Mən Atatürk prinsiplərinə sadiq biriyəm. Din–siyasət–ticarət üçbucağına qarşıyam. Onların edə biləcəyi ən doğru şey — məni serialda öldürərək roluma son verməkdir”.
Yayılan iddialara görə, aktyorun serialdan ayrılmasının səbəbi qonorarının artırılmaması olub. Bildirilir ki, o, qonorarının artırılmasını tələb edib, lakin bu baş tutmadıqdan sonra belə açıqlamalar verərək layihədən uzaqlaşıb. Səbəb kimi də serialın cəmiyyətə zərərli olmasını göstərib.
Safura Bənnayeva
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.