RU

İsrail Beyrutu vurdu

İsrail ötən gecə və bu səhər Livanın Beyrut şəhərinə hava hücumları edib.

Herbiand.az xarici mənbələrə istinadən xəbər verir ki, Beyrutun mərkəzindəki Zuqaq Blat məhəlləsindəki yaşayış binasına gecə hücumu nəticəsində üç nəfər ölüb, altı nəfər yaralanıb.

Reuters agentliyi bu səhər İsrailin hava hücumundan sonra Beyrutun mərkəzində güclü partlayış səsi eşidildiyini bildirir.

Xatırladaq ki, İsrail Müdafiə Qüvvələri (İMQ) "müdafiə xəttini gücləndirmək üçün cənubi Livanda məhdud quru əməliyyatlarının" başladığını elan etmişdi.

2 mart gecəsi Hizbullah İranın Ali Lideri Əli Xameneinin öldürülməsindən sonra İsrailə qarşı aktiv hərbi əməliyyatları bərpa etdi. Buna cavab olaraq İsrail ordusu Beyrutun cənub ətraflarına və Livanın cənub və şərqindəki onlarla şəhər və qəsəbəyə intensiv zərbələr endirib.

Избранный
67
herbiand.az

1Источники