Bakı.Trend:
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın da iştirak etdiyi yeniregional təşəbbüsü - “Cross-border Opportunities via RegionalResilience, Infrastructure, Data, and Open Regulations” (CORRIDOR)layihəsini nəzərdən keçirir.
Trend bu barədəbanka istinadən məlumat verir.
Xüsusi Texniki Yardım Fondunun 1 milyon ABŞ dolları məbləğindədəstəklədiyi layihə Asiya və Sakit okean regionu ölkələrindəiqtisadi artımın sürətləndirilməsi, dayanıqlığın və rəqabətqabiliyyətinin artırılması məqsədilə regional rəqəmsal dəhlizlərininkişafına yönəlib.
Azərbaycanla yanaşı, təşəbbüs Banqladeş, Gürcüstan, Hindistan,İndoneziya, Qazaxıstan, Monqolustan, Pakistan, Filippin, Çin,Şri-Lanka, Tailand, Türkmənistan, Özbəkistan və Vyetnam da daxilolmaqla çox sayda ölkələri əhatə edir.
"CORRIDOR" proqramı “Association of Southeast Asian Nations”,“Central Asia Regional Economic Cooperation”, “Greater MekongSubregion”, “Bay of Bengal Initiative for Multi-Sectoral Technicaland Economic Cooperation və South Asia Subregional EconomicCooperation” kimi əsas subregional platformalar çərçivəsindətəhlükəsiz, inklüziv və uyğunlaşdırılmış sərhədlərarası rəqəmsaltransformasiyanın təşviqinə yönəlib.
Təşəbbüs "Asia-Pacific Digital Highway" və "ConnectAsia-Pacific" layihələrinin həyata keçirilməsi üçün ilkinlayihələndirmə və tənzimləyici hazırlıq işlərini təmin edənəməliyyat mexanizmi kimi təqdim olunur.
Layihənin əsas istiqamətlərinə beş prioritet üzrə biliklərinyaradılması, potensialın artırılması və tərəfdaşlıqların inkişafıdaxildir:
— regional əlaqəliliyin və ümumi rəqəmsal infrastrukturuninkişafı, o cümlədən fiberoptik şəbəkələri, data mərkəzləri, buludxidmətləri və rəqəmsal ictimai infrastruktur;
— ticarətin rəqəmsallaşdırılması və təchizat zəncirlərininsəmərəliliyini artırmaq üçün “ağıllı sərhəd sistemləri"nintətbiqi;
— regional rəqəmsal ictimai faydaların, “yaşıl datainfrastrukturu"nun və süni intellekt əsaslı sistemlərinuyğunlaşdırılması;
— texnoloji sahibkarlığın və innovativ ekosistemlərindəstəklənməsi üçün regional investisiya mexanizmlərininformalaşdırılması;
— kibertəhlükəsizlik, məlumatların idarə olunması və rəqəmsalictimai infrastruktur sahələrində model qanunlar və tənzimləyici“sandbox”lar vasitəsilə rəqəmsal siyasət və tənzimləmələrinharmonizasiyası.