RU

Maaşlarla bağlı yeni qayda AÇIQLAMA

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda əmək münasibətlərinin daha şəffaf və tənzimlənmiş şəkildə qurulması istiqamətində yeni mexanizmlər tətbiq olunur. Əmək və Məşğulluq altsistemində (ƏMAS) edilən son dəyişikliklərə əsasən, müəssisələr yeni ştat vahidi yaradarkən həmin vəzifə üzrə əmək haqqını sistemdə mütləq şəkildə qeyd etməlidirlər. Bu qaydanın tətbiqi əmək bazarında şəffaflığın artırılması və işçi ilə işəgötürən arasında münasibətlərin daha aydın formalaşması baxımından diqqət çəkir.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı Razi Abasbəyli bildirib ki, burada əsas məqsədlərdən biri işəgötürənlə işçi arasında əmək münasibətlərinin düzgün tənzimlənməsinə nəzarətin gücləndirilməsidir."Yəni işəgötürənlərin hansı ştat vahidi üzrə hansı əməkhaqqını müəyyən etməsi və bu əməkhaqqının qanunvericiliyin tələblərinə uyğun olub-olmaması üzərində nəzarət mexanizmi həyata keçirilir. Bu isə əmək münasibətlərində şəffaflığın artırılmasına xidmət edir. Digər mühüm məqam görülən işin faktiki əmək qiymətləndirilməsinin aparılmasıdır. Yəni hər bir ştat vahidi üzrə əməyin dəyəri müəyyən əmsallar əsasında qiymətləndirilir. Bu zaman işçinin gördüyü işin həcmi, sərf etdiyi vaxt və fiziki göstəricilər nəzərə alınır. Beləliklə, əməyin saat, zaman və əmək məhsuldarlığı prinsipləri əsasında qiymətləndirilməsi əsas şərt kimi irəli sürülür və bu proses üzərində müvafiq nəzarət mexanizmləri tətbiq olunur".Ekspert bildirib ki, bununla yanaşı, sosial ödənişlərin təmin edilməsi və işəgötürən tərəfindən sosial müdafiə xərclərinin ödənilməsinə nəzarət də bu mexanizmin əsas məqsədlərindən biridir. "Buraya Dövlət Sosial Müdafiə Fonduna ödənişlər, işçinin əməyinin saat və ya vaxt əsasında düzgün qiymətləndirilməsi, eləcə də ezamiyyət, məzuniyyət və digər əmək hüquqları ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi daxildir. Bu yanaşma ümumilikdə əmək bazarında daha ədalətli münasibətlərin formalaşmasına, müxtəlif sahələr və kateqoriyalar üzrə sosial bərabərliyin təmin edilməsinə töhfə verə bilər. Dünya təcrübəsində də bu cür mexanizmlər geniş tətbiq olunur. Xüsusilə saat hesabı ilə çalışan işçilərin sayının artdığı müasir əmək bazarında işəgötürənlərin işçilərlə saatlıq əmək müqaviləsi bağlaması halları geniş yayılıb. Belə hallarda nəzarətin daha effektiv həyata keçirilməsi üçün elektron sistemlərdən istifadə edilir. Elektronlaşmış platformalar vasitəsilə həm işçi, həm də işəgötürən arasında yaranan əmək münasibətləri izlənilir və bu münasibətlərə operativ nəzarət etmək mümkün olur. Nəticə etibarilə sosial ədalətin və əmək bazarında bərabərliyin təmin edilməsi dövlətin əsas hədəflərindən biri kimi ön plana çıxır".Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
101
demokrat.az

1Источники