RU

İrana 5 TIR humanitar yardım yola salındı

Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə bu gün İrana növbəti humanitar yardım yola salınıb.
ONN media xəbər verir ki, İrana göndərilən humanitar yardıma 76 ton ərzaq və qida məhsulları, 4 ton həcmində dərman vasitələri və 2 ton həcmində tibbi ləvazimatlar (ümumi 82 ton) daxildir.
Humanitar yardım 5 yük avtomobili (TIR) vasitəsilə göndərilib.
Humanitar yardımın Novruz bayramı ərəfəsində göndərilməsi nəzərə alınaraq, yük avtomobillərinə müvafiq Novruz sovqatı və bayram məhsulları da əlavə olunub.

Избранный
22
49
onn.az

10Источники