RU

İmişli yüksək məbləğdən imtina edib

sport24.az saytından alınan məlumata görə, ain.az bildirir.

"İmişli"nin futbolçusu Dioqo Almeydanın karyerasını Azərbaycandan kənarda davam etdirmək ehtimalı olub. Sport24.az-ın əldə etdiyi məlumata görə, portuqaliyalı futbolçu qışfasiləsində İsraildən təklif alıb. 25 yaşlı futbolçuya İsrail klubundan başqa, Azərbaycan komandaları da maraq göstərib. Lakin "İmişli" böyük məbləğdən imtina edərək futbolçunu saxlamaq qərarına gəlib.Qeyd edək ki, bölgə təmsilçisi Dioqo Almeydanı bu mövsümün əvvəlində heyətinə qatıb. Klub mərkəz hücumçusu ilə 2 illik müqavilə imzalayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
4
sport24.az

1Источники