ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxtda sürücülərin qaydaları kobud şəkildə pozmağı həm digər avtomobil idarəçilərini, həm də piyadaları narahat edir.
Avtosfer.az xəbər verir ki, Bakının Yasamal rayonu Həsən Məcidov və Əhməd Cəmil küçələrinin kəsişməsində sürücünün pozduğu qayda gündəm olub. Başqa bir avtomobildən çəkilən görüntülərdə aydın olur ki, evakuator sürücüsü nəqliyyat vasitəsini işıqforun düz altında saxlayıb və sağa – Əhməd Cəmil küçəsinə dönmək istəyənlərə çətinlik yaradıb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsinin tələblərinə əsasən, bu cür qayda pozan sürücülər 40 manat məbləğində cərimə edilir.
Səfər
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.