RU

Əlillərə pensiya ilə bağlı Ali Məhkəmədən vacib qərar

Bakı.Trend:

Ali Məhkəmənin İnzibati kollegiyası əlillik dövründə pensiyayaşına çatmış şəxsə əlilliliyə görə əmək pensiyasının müddətsiztəyin edilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edənqərar qəbul edib.

Bu barədə Trend-ə məhkəmədən məlumat verilib.

Bildirilib ki, işin hallarına əsasən iddiaçı 2017-ci ildəndövlət qulluqçusu kimi II qrup əlilliyə görə əmək pensiyası alıb vəbu pensiya əlillik dövrü üçün təyin olunaraq 2022-ci ilin iyulayınadək ödənilib. Həmin tarixdən ödəniş dayandırılıb. İddiaçıpensiya yaşına çatdığını əsas gətirərək əlilliyə görə təyin edilmişəmək pensiyasının müddətsiz hesab olunmasını və dayandırılmışödənişlərin bərpasını tələb edib. Cavabdeh inzibati orqan isə onunsığorta stajının 25 ildən, dövlət qulluğu stajının isə 15 ildən azolduğunu bildirərək müraciəti təmin etməyib.

Bundan sonra məhkəməyə müraciət edən şəxsin şikayəti birinciinstansiya məhkəməsi tərəfindən rədd edilsə də, apellyasiyainstansiyası bu qərarı ləğv edərək iddianı təmin edib və pensiyanınmüddətsiz hesab olunmalı olduğu qənaətinə gəlib. Cavabdeh həminqərardan kassasiya şikayəti verib.

Ali Məhkəmə kassasiya şikayətini təmin etməyərək apellyasiyainstansiyasının qərarını qüvvədə saxlayıb. Qərarda bildirilib ki,şəxs əlillik dövründə pensiya yaşına çatdığı halda və həmin andaəlillik statusu qüvvədə olduqda, əlilliyə görə əmək pensiyasıömürlük (müddətsiz) təyin edilməlidir və bunun üçün əlavə müraciəttələb olunmur.

Məhkəmə kollegiyası qərarında "Əmək pensiyaları haqqında"Qanunun 32.2-ci maddəsini geniş təhlil edərək bildirib ki, həminnormada pensiya yaşına çatmış əlillərə əlilliyə görə əməkpensiyasının ömürlük təyin edilməsi imperativ qaydada nəzərdətutulub və bu zaman əlilliyin yenidən qiymətləndirilməsi və yaşəxsin əlavə müraciəti şərt kimi müəyyən edilməyib. Qanununmətnindən göründüyü kimi, tələb olunan əsas şərt şəxsin qanunlamüəyyən edilmiş pensiya yaşına çatması və həmin anda əlillikstatusunun mövcud olmasıdır.

Məhkəmə kollegiyası həmçinin qeyd edib ki, şəxsə əvvəllərəlilliyə görə pensiya müəyyən müddət üçün təyin olunmuş olsa belə,həmin müddət ərzində pensiya yaşına çatdığı halda onun pensiyasınınömürlük təyin edilməsi hüququ yaranır. Bu hüququn reallaşdırılmasıəlavə formal prosedurlarla məhdudlaşdırıla bilməz.

Qərarda vurğulanıb ki, pensiya hüquqlarının təmin edilməsiinzibati orqanın xidməti vəzifəsidir. "İnzibati icraat haqqında"Qanunun prinsiplərinə əsasən, inzibati orqan yalnız şəxsin əleyhinəolan halları deyil, onun xeyrinə olan halları da araşdırmalı, hüquqvə vəzifələrini izah etməli və qanunun tətbiqini öz təşəbbüsü ilətəmin etməlidir. Qanunda birbaşa nəzərdə tutulmayan formal tələblərşəxsin sosial təminat hüququnun həyata keçirilməsindən imtina üçünəsas ola bilməz.

Məhkəmə bu baxımdan əlavə müraciət tələbini qanunun məzmununauyğun hesab etməyib.

Избранный
35
38
az.trend.az

10Источники