RU

"İran Yaxın Şərqdəki bütün Amerika infrastrukturuna hücum edib" - Əraqçi

İran Yaxın Şərqdə ABŞ-a məxsus bütün obyektləri hədəf aldığını bəyan edib.

Redaktor.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, İran yalnız ABŞ-nin  rəsmi hərbi bazaları ilə kifayətlənməyib, regiondakı bütün Amerika infrastrukturuna zərbələr endirib.

“Biz yalnız onların rəsmi hərbi bazaları ilə məhdudlaşmadıq. Amerikalıların cəmləşdiyi bütün obyektlər, onlara məxsus aktivlərin olduğu bütün ərazilər – bütün bunlar hədəfə çevrildi”, – deyə o qeyd edib.

Aminə ŞAHSUVARQIZI

Избранный
84
redaktor.az

1Источники