RU

Gürcüstan Pravoslav Kilsəsinin müvəqqəti rəhbəri seçildi

BAKI, 18 mart. TELEQRAF

Gürcüstan Pravoslav Kilsəsinin müvəqqəti rəhbəri vəzifəsini metropolit Şio icra edəcək.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı “Sputnik Georgia” yayıb.

Məlumata görə, metropolit Şio hələ Katolikos-Patriarx II İliyanın sağlığında taxt-tacın canişini təyin edilib. O, vəzifəsinin icrasına mərhum II İliyanın vəsiyyətnaməsi açıldıqdan sonra başlayacaq.

Qeyd edək ki, Moskvadakı Müqəddəs Tixon Pravoslav İnstitutunun məzunu olan metropolit Şio ənənəvi dəyərlərin müdafiəçisi kimi tanınır. O, dəfələrlə LGBT təbliğatı və abortlar əleyhinə kəskin çıxışlar edib.

Xatırladaq ki, 2023-cü ildə metropolit Şioya qarşı sui-qəsd cəhdi olub, onu zəhərləməyə çalışıblar. Gürcüstanın bəzi müxalifət nümayəndələri isə metropoliti "Rusiyayönümlü" siyasi mövqedə ittiham ediblər.

Избранный
12
teleqraf.com

1Источники