RU

Xocalı prospektində baş verən yanğın araşdırılır

Yazını böyüt
Yazını kiçilt

Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasında ötən gün baş vermiş yanğının səbəbləri araşdırılır.

Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd edək ki, martın 17-də FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib. Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Избранный
25
7
hafta.az

10Источники