RU

Çində meşə yanğınlarının söndürülməsində robotlardan istifadə genişlənir

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 18 mart, AZƏRTAC

Çinin Hubey əyalətində meşə yanğınlarının qarşısının alınması məqsədilə uzaqdan idarə olunan robotların istifadəsinə başlanılıb.

AZƏRTAC Çinin “China Daily” gündəlik qəzetinə istinadla xəbər verir ki, yeni texnologiya çətin və təhlükəli ərazilərdə işləmək üçün nəzərdə tutulub. Robot dik yamaclarda hərəkət edə bilir və məsafədən idarə olunur. Məlumata görə, bu avadanlıq ağacların kəsilməsi, torpağın qazılması və yanğın maneələrinin yaradılması kimi işləri yerinə yetirir. Bu isə yanğınsöndürənlərin təhlükə riskini azaldır və işin sürətini artırır.

Qeyd olunub ki, robotlar fasiləsiz işləyə bilir və əməliyyatların səmərəliliyini bir neçə dəfə yüksəldir.

Bundan əlavə, bölgədə dronlar və süni intellektə əsaslanan nəzarət sistemi də tətbiq olunur ki, bu da meşə yanğınlarının daha tez aşkarlanmasına imkan verir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
38
1
azertag.az

2Источники