Bilmirəm niyə amerikalılar və israillilər hələ də bunu dərk etməyiblər: İran İslam Respublikasının güclü siyasi quruluşu və siyasi, iqtisadi və sosial təsisatları var.
Publika.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "Əl-Cəzirə"yə verdiyi müsahibədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaniyə edilən sui-qəsdlə bağlı sualı cavablandırarkən bildirib.
Ərqçi bildirib ki, fərdin varlığı və ya yoxluğu quruluşa təsir etmir:
Əlbəttə ki, insanlar təsirlidir və hər kəsin rolu var - bəziləri daha yaxşı, bəziləri daha pis, bəziləri daha az. Amma vacib olan odur ki, İrandakı siyasi sistem çox güclü bir quruluşdur. Liderin özündən daha vacib heç kim olmayıb. Hətta o da öldürülüb. Buna baxmayaraq, sistem fəaliyyətini davam etdirir və dərhal onun yerinə başqası təyin olunub. Başqası öldürülərsə, eyni olacaq. Xarici işlər naziri öldürülərsə, sonda başqası vəzifəni tutacaq", - deyə İranın xarici işlər naziri bildirib.