RU

Uşağını sevgilisindən qaçırdan ata 7 il onu belə gizlədibmiş - həbs olundu! FƏLAKƏTİN VİDEOSU

Türkiyənin Bursa şəhərində insanı sarsıdan bir hadisə üzə çıxıb.

Musavat.com xəbər verir ki, illərdir itkin sayılan azyaşlı uşaq xüsusi əməliyyat nəticəsində xarabalığa çevrilmiş bir evdə tapılıb.

Məlumata görə, Almaniyada doğulan və 2018-ci ildə atasının anasından ayıraraq qaçırdığı 8 yaşlı uşaq düz 7 il ərzində gizli şəkildə saxlanılıb. Uşağın bu müddət ərzində evdən çıxarılmadığı, məktəbə getmədiyi və demək olar ki, gün işığı görmədiyi müəyyən edilib.

Hadisənin üstü polis tərəfindən aparılan planlı əməliyyat nəticəsində açılıb. Hüquq-mühafizə orqanları uşağın nənəsini uzun müddət izləyib. Onun şübhəli hərəkətləri xüsusi qrupun diqqətini cəlb edib və nəticədə 6 nəfərlik əməliyyat qrupu müəyyən edilən ünvana basqın edib.

Polis əməkdaşları daxil olduqları evdə acınacaqlı mənzərə ilə qarşılaşıblar. Uşağın yararsız, baxımsız şəraitdə, paltar və müxtəlif tullantılar arasında yaşadığı üzə çıxıb. Onun fiziki və psixoloji vəziyyətinin zəif olduğu bildirilir.

Əməliyyat nəticəsində azyaşlı dərhal dövlət qurumlarının nəzarətinə götürülüb. Hadisə ilə əlaqədar uşağın nənəsi və digər şübhəli şəxslər saxlanılıb. Onlar barəsində qanunsuz azadlıqdan məhrum etmə maddəsi ilə cinayət işi başlanıb.

Bu hadisə Türkiyədə böyük rezonans doğurub. Sosial şəbəkələrdə və mediada uşağın illərlə gizli saxlanılması, nəzarət mexanizmlərinin necə işləmədiyi və belə halların qarşısının alınması ilə bağlı ciddi müzakirələr aparılır.

Musavat.com

Избранный
48
musavat.com

1Источники