RU

Temperatur 20 dərəcəyə çatacaq

Martın 19-da  Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən xəbərə görə, gündüz bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var.
Gecə və səhər zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə və gündüz 75-85 % təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 1-6° isti, gündüz 8-13° isti olacaq.
Избранный
6
49
heftelik.az

10Источники