Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə AFFA-nın baş katibinin müşaviri Frank De Bleker UEFA-dan təyinat alıb.
"Football-plus.az" xəbər verir ki, o, Çempionlar Liqasının 1/8 final mərhələsinin “Barselona” (İspaniya) – “Nyukasl” (İngiltərə) oyununun hakim-inspektoru olacaq.
Bu gün Barselonanın “Nou Kamp” stadionunda təşkil olunacaq qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта